Hisə verilmiş filedən hazırlanmış klab sendviç

Hisə verilmiş filedən hazırlanmış klab sendviç

Hisə verilmiş toyuq filesindən klab sendviç hazırlamaq üçün lazım olan ərzaqlar:
Hisə verillmiş toyuğun döş əti – 300 qr.
Çörək – 6 dilim
Pomidor – 2 ədəd
Mayonez – 100 qr.
Soya sousu – 20 ml.
Sarıkök – 8 qr.
Sarımsaq – 4 diş
Sendviç pendiri – 2-3 ədəd
Kahı – zövqə görə

Sousu hazırlayırıq: Mayonezin tərkibinə sarımsağı, soya sousunu, sarıkökü, istiotu tökürük və yaxşıca qarışdırırıq. Sousu çörəyə yaxırıq. Döş ətini xırda-xırda doğrayırıq və sous çəkilmiş çörəyin üzərinə səpirik.

Hazırlanması: Çörək dilimlərini üçbucaq formada kəsirik. Ya tost edirik, ya da tavada hər iki üzünü azca qızardırıq.Pendiri iki bərabər hissəyə bölürük (üçbucaq formada). Bir hissəsini döş ətin üzərinə qoyuruq. Pomidorların qabığını təmizləyirik. Nazik-nazik dairəvi doğrayırıq. Pendirin üzərinə düzürük. Daha bir dəfə də sous yaxırıq. Kahı yarpağını qoyuruq. Və çörəyin 2-ci dilimini üstünə qoyuruq. Bu ardıcıllıqla 3 və daha çox qat edə bilərik.